5 C
Baku
Saturday, December 14, 2024

“PayPal” kriptovalyutalar sayəsində rekord mənfəət əldə edib

“PayPal” ödəmə sistemi rekord mənfəət əldə edib. Şirkətin maliyyə göstəriciləri analitiklərin gözləntilərini üstələyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, özünütəcrid rejimi səbəbindən insanlar internet vasitəsilə alış-verişini artırıb ki, bu da “PayPal”ın gəlir səviyyəsinə təsir göstərib.

Qeyd edilir ki, bu ilin ilk üç ayında ödənişlərin ümumi həcmi rekord 50% artaraq 285 milyard dollara çatıb. Üstəlik, istifadəçilərin sayı da artıb – 21% və ya 392 milyon nəfərə qədər. GAAP üzrə xalis mənfəət 13 dəfə artaraq 1.1 milyard dollara çatıb, bir səhmin dəyəri isə 0.92 dollardan 1.22 dollara yüksəlib. Eyni zamanda “PayPal” əməliyyat marjasını artırıb – 8.6%-dən 17.3%-dək.

“Mağazalar, restoranlar və digər müəssisələr tədricən açılmağa başlasa da, insanlar rəqəmsal formada ödəniş etməyə davam edəcəklər”, – deyə “PayPal”ın baş direktoru Den Şulman “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, şirkətin artım mühərriki kriptovalyutaların populyarlığıdır. Belə ki, “PayPal” istifadəçilərinin yarısı gündə ən azı bir dəfə kriptovalyuta əməliyyatını həyata keçirir.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında şirkət ABŞ-da kriptovalyutaları almağa, satmağa və saxlamağa icazə verib. 30 mart tarixindən başlayaraq “PayPal” müştəriləri əmtəə və xidmətlərə görə kriptovalyuta ilə ödəniş edirlər.

Ödəmə nəhəngi üçüncü rübdən etibarən “yeni nəsil rəqəmsal cüzdan” işə salacağını açıqlayıb. Şulman bu məhsulu “universal fərdiləşmiş tətbiq” kimi təsvir edib.

Son xəbərlər
Digər xəbərlər