17 C
Baku
Thursday, May 2, 2024

Paytaxtda ofisin seyfindən külli-miqdarda pul oğurlayan şəxslər saxlanılıb

Bakıda ofisin seyfindən 46 444 manat pul oğurlanıb.

Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46 444 manat pulu oğurluq yolu ilə ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Muradov və T.Əfəndiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər