15 C
Baku
Saturday, April 20, 2024

Paytaxtda POS-terminalların sayı artıb

Azərbaycanda mövcud POS-terminalların sayı aylıq 155 ədəd azalaraq cari il aprelin 1-nə 70 795 ədəd təşkil edib.

Agentlik bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

POS-terminalların 69 999-u pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bunun da 39 431-i paytaxt Bakının payına düşüb.

Ölkədə quraşdırılan POS-terminalların 39 835 ədəd və ya 56%-i Bakıda, 30 960-ı və ya 44%-i regionlarda quraşdırılıb. Martda paytaxtda olan POS-terminalların sayı artsa da, regionlarda əksinə azalıb. Martda paytaxtda POS-terminalların sayı 349 ədəd artıb, regionlarda 504 ədəd azalıb.

Qeyd edək ki, aprelin 1-nə əsasən ölkədə hər 100 nəfərə bir POS-terminal düşür.

Report

Son xəbərlər
Digər xəbərlər