18 C
Baku
Saturday, May 11, 2024

Paytaxtın daha bir ünvanında bina sökülür – Sakinlərə 1500 manat kompensasiya verilir

Bakının Xətai rayonu ərazisində 1905-ci ildə inşa edilmiş 2 mərtəbəli binanın söküntüsünə başlanılacaq.

Xətai rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söhbət 8 Noyabr prospekti 80 ünvanındakı yataqxanadan gedir.

 

Belə ki, 17 ailənin yaşadığı sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Yataqxananın söküntüsü başa çatdıqdan sonra yerində heç bir bina inşa edilməyəcək. Binanın yerləşdiyi ərazi Ağ Şəhər layihəsinin iqtisadi zonasıdır.

Qeyd edək ki, söküntü işləri aparılacaq bina kəskin qəzalı vəziyyətdədir. Ötən il binanın bir neçə mənzilində tavanlar söküldüyü üçün onlar başqa yerə köçürülmüşdü.

MənbəBAKU.WS
Son xəbərlər
 ⁠
Digər xəbərlər