13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Pekin Rusiya və Çinin maraqlarını qorumağa hazırdır

faizlere

Rəsmi Pekin birtərəfli siyasi fəaliyyətə və beynəlxalq münasibətlərdə proteksionizmə qarşı Moskva ilə çiyin-çiyinə mübarizə aparmağa hazırdır.

Bunu Çin Xarici İşlər naziri Vanq Yi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.

Nazirlər ən yüksək səviyyədə siyasi təmasların cədvəlini, Orta Asiya bölgəsindəki vəziyyəti və İranın “nüvə razılaşması” ətrafında mövcud durumu müzakirə ediblər.

Vanq Yinin sözlərinə görə, hər iki ölkə qarşılıqlı əlaqəni və koordinasiyanı daha da gücləndirməli, üstünlüklərindən maksimum dərəcədə istifadə edərək regional ölkələrə koronavirus pandemiyası ilə mübarizədə, sabitliyin qorunması və iqtisadiyyatın bərpası kimi aktual məsələlərin həllində kömək etməlidirlər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər