14 C
Baku
Monday, May 13, 2024

Pelosi Cənubi və Şimali Koreya ilə sərhədə səfər edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Cənubi Koreya və Şimali Koreya ilə sərhədə səfər edəcək.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, N.Pelosi səfər çərçivəsində Cənubi Koreya Milli Assambleyasının sədri Kim Jin Pyo və digər parlamentarilərlə görüşə bilər.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ölkənin keçmiş Prezidenti Donald Trampdan sonra həmin əraziyə gedəcək ən yüksək vəzifəli siyasətçi ola bilər.

Səfərin tarixi hələ ki açıqlanmayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər