-3 C
Baku
Sunday, December 15, 2024

Pelosi koronavirusu ABŞ tarixindəki ən böyük fəlakət hesab edir

Koronavirus pandemiyası ABŞ tarixindəki ən böyük fəlakət olub.

Banker.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

“80 mindən çox amerikalı dünyasını dəyişib, 1,4 milyondan çox insan yoluxub, 33 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib. Bu rəqəmləri hamımız bilirik. Biz xalqımızın tarixindəki ən böyük fəlakətlə qarşılaşırıq”, – Pelosi bildirir.

Spiker demokratların təklif etdiyi 3 trilyon dollarlıq iqtisadi yarıdm paketini təqdim etmişdir. Bu paket ştatların və yerli hakimiyyət orqanlarının maliyyələşdirilməsini, habelə amerikalılara əlavə birbaşa ödəmələri, səhiyyə sisteminin maliyyələşdirilməsini nəzərdə tutur.

Onun şərtlərinə görə, ştatlar demək olar ki, 1 trilyon dollar alacaqlar, 200 milyard dollar sənaye sahələrində çalışanlara əmək haqqı ödəməyə, 75 milyard dollar isə yoluxmuş insanların əlaqədə olduqları digər insanların test edilməsinə xərclənəcək.

Xatırladaq ki, mart ayının sonlarında prezident Donald Tramp 2,2 trilyon dollarlıq iqtisadi dəstək proqramını təsdiq etmişdir. Bir ay sonra, aprelin sonunda Tramp ABŞ iqtisadiyyatını dəstəkləmək üçün daha 500 milyard dollar ayırıb. Bu vəsaitin böyük hissəsi kreditləşmə proqramının maliyyələşdirilməsinə xərclənəcək.

Qeyd edək ki, koronavirus pandemiyasından ən çox ABŞ zərər çəkib. Con Hopkins Universitetinin hesablamalarına görə, ölkədə 1,3 milyon nəfər yoluxub, 82 339 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər