Pensiyaçıların yaşaması üçün ən yaşı ölkələrin ilk beşliyinə Norveç, İsveçrə, İslandiya, İrlandiya və Avstraliya daxil olub. Qlobal liderlikdə ABŞ il ərzində bir pillə geriləyərək 18-ci yeri tutub. Reytinqin sonuncu pillələrində Rusiya, BRİKS tərəfdaşları, Çin (39), Braziliya (43) və Hindistan (44)yer alıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dünya Bankının məlumatlarına və 44 ölkənin rəsmi statistikasına əsaslanaraq, reytinq tərtibçiləri pensiyaçılar üçün müxtəlif həyat parametrlərini qiymətləndirirlər: iş tapmaq imkanından tutmuş tibbi xidmətlərin mövcudluğuna qədər.
Reytinq tərtibçinin – Fransanın “Natixis Investment Managers” aktivlərin idarə edilməsi şirkətinin saytında dərc olunub.
Pensiyaçıların yaşaması üçün ən pis ölkələr Yunanıstan (40), Türkiyə (41), Kolumbiya (42), Braziliya (43) və Hindistandır (44). Rusiya siyahıda 37-ci yer alıb.