ABŞ Müdafiə Nazirliyi bu ilin oktyabrında başlayan 2023-cü maliyyə ilində fəaliyyəti üçün 797.7 milyard dollar alacaq, bu da əvvəlki maliyyə ilində olduğundan 69.3 milyard dollar çoxdur.
Bu barədə ABŞ Senatının büdcə ayırmaları komitəsinin saytında dərc edilmiş bəyanatda bildirilir. Komitə qeyd edib ki, qanun layihəsi Silahlı Qüvvələrin “demək olar, bərabər rəqiblərlə” strateji rəqabətə hazırlanması üçün maliyyə vəsaitini təmin edəcək.
Məlumata görə, 2023-cü maliyyə ilinin büdcə qanun layihəsində müdafiə xərclərinə ümumilikdə 858 milyard dollar daxildir. Lakin Pentaqon bunun bir hissəsini alacaq, yerdə qalan vəsait Energetika departamentinin xətti ilə nüvə başlıqlarının döyüşə hazır vəziyyətdə saxlanmasına və nüvə başlıqlarına dair proqramlara sərf olunacaq.