15 C
Baku
Friday, March 29, 2024

Pentaqon ABŞ-ın Ukraynaya növbəti hərbi yardımının tam siyahısını açıqlayıb

ABŞ-ın Ukraynaya növbəti 3 milyard dollarlıq hərbi yardımının siyahısı açıqlanıb.

Bu siyahı Pentaqonun rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, hərbi yardım çərçivəsində göndəriləcək texnikaların sırasında 50 ədəd M2 Bradley piyada döyüş maşını və bu maşınlar üçün 500 ədəd tank əleyhinə TOW raketləri və 250.000 25 mm-lik mərmi, 100 ədəd M113 zirehli transportyor, MRAP kateqoriyasına aid (əldəqayırma partlayıcı qurğuların hücumlarına tab gətirmək üçün xüsusi olaraq hazırlanmış yüngül taktiki maşınlar) 55 ədəd zirehli texnika, 138 ədəd HMMWV (Humvee) zirehli texnikası daxildir.

Həmçinin əlavə olunub ki, siyahıya aşağıdakı silah-sursatlar da daxildir:

18 ədəd 155 mm-lik özüyeriyən haubitsa

18 ədəd mərmi daşıyan və dolduran maşın

70.000 ədəd 155 mm-lik artilleriya mərmisi

500 ədəd 155 mm-lik M982 Excalibur yüksək dəqiqlikli mərmi

Uzaqdan idarə olunan tank əleyhinə mina sistemi (RAAM) üçün 1200 ədəd 155 mm-lik mərmi

36 ədəd 105 mm-lik yedəkli haubitsa və onlar üçün 95 000 ədəd 105 mm-lik artilleriya mərmisi

120 mm-lik minaatan üçün 10 000 ədəd sursat

HIMARS sistemləri üçün döyüş sursatı

RIM-7 zenit raketləri

4000 ədəd Zuni tipli təyyarə raketləri

2000-ə yaxın tank əleyhinə raket.

Bunlarla yanaşı snayper tüfəngləri, pulemyotlar və döyüş sursatları, Claymore minaları, gecə görmə cihazları, optik alətlər və ehtiyat hissələri də yardım paketinə daxildir.

Son xəbərlər
Digər xəbərlər