9 C
Baku
Thursday, December 12, 2024

Pentaqon hava hücumundan müdafiə üçün 3.3 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ-ın Müdafiə Nazirliyi “Northrop Grumman Systems Corp” şirkəti ilə ballistik raketlərə qarşı yerüstü hava hücumundan müdafiə sistemlərinin inkişafı üçün 3,3 milyard dollarlıq müqavilə imzalayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

“Orta mənzilli yerüstü sistemlərin inkişafı, sınaqdan keçirilməsi və yerləşdirilməsi üçün 3,29 milyard dollar məbləğində müqavilə “Northrop Grumman Systems Corp”la imzalanıb”, – Pentaqondan bildirilib.

Nazirlik əlavə edib ki, müqavilə beş il müddətinə bağlanıb və iki vəzifəni əhatə edir.

“Northrop Grumman Systems Corp” Amerikanın elektronika və informasiya texnologiyaları, aerokosmik və gəmiqayırma sahəsində fəaliyyət göstərən hərbi-sənaye şirkətidir. Açıq məlumatlara görə, o, raket silahları, raket əleyhinə müdafiə avadanlıqları, elektronika, həmçinin gəmi və təyyarə sənayesi üçün məhsullar istehsal edir.

Son xəbərlər
Digər xəbərlər