9 C
Baku
Sunday, March 3, 2024

Pentaqon nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaqdan imtina edib

Birləşmiş Ştatlar administrasiyasında Rusiyanın nüvə silahından istifadə etmək niyyətini göstərən hər hansı kəşfiyyat məlumatı yoxdur və Vaşinqton nüvə qüvvələrinin yerləşdirilməsinə düzəliş etmək və hazırlıq səviyyəsini artırmaq üçün heç bir səbəb görmür.

Bu barədə Pentaqonun mətbuat xidməti Moskvanın Minskin tələbi ilə öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək qərarını şərh edərkən bildirib.

“Biz Rusiyanın bu açıqlaması ilə bağlı xəbərləri görmüşük və vəziyyəti izləməyə davam edəcəyik. Biz öz nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük və Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. NATO daxilində kollektiv müdafiəyə sadiq qalırıq”- məlumatda deyilir.

Qeyd edək ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək.

Son xəbərlər
Digər xəbərlər