10 C
Baku
Wednesday, December 11, 2024

Pentaqon: Türkiyə və NATO-nun qarşılıqlı fəaliyyəti ABŞ üçün prioritetdir

Türkiyə Silahlı Qüvvələri ilə Şimali Atlantika Alyansı arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi ABŞ üçün prioritet olaraq qalır.

Bunu TASS-a ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türkiyə nümayəndə heyətinin Ankaraya F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda apardığı danışıqlara dair məlumatı şərh edərkən bildirib.

“Bizim siyasətimiz ondan ibarətdir ki, Konqresə rəsmi məlumat verilməyənə qədər iddia edilən hərbi transferləri açıq şəkildə şərh və ya təsdiq etmirik. ABŞ NATO müttəfiqi Türkiyə ilə tərəfdaşlığını yüksək qiymətləndirir. ABŞ və Türkiyənin müdafiə sahəsində uzun müddətli və dərin ikitərəfli əlaqələri var. Türkiyə və NATO arasında qarşılıqlı fəaliyyətin qorunması Vaşinqton üçün prioritet olaraq qalır”, – Pentaqon rəsmisi bildirib.

O, Türkiyə hökumətinin ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində gələcək niyyətlərini birbaşa Ankaradan aydınlaşdırmağı təklif edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi F-16 qırıcılarının modernləşdirilməsi və alınması məsələsini müzakirə etmək üçün nümayəndə heyətinin ABŞ-a səfər edəcəyini açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər