20 C
Baku
Wednesday, April 24, 2024

Pentaqon: Ukrayna digər ölkələrdən təyyarə və tanklar alıb

Ukrayna hava donanmasını artırmaq üçün digər ölkələrdən təyyarələri üçün platforma və ehtiyat hissələri alıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlama verib. O bildirib ki, dəstək sayəsində Ukraynanın bəzi təyyarələri yenidən işlək vəziyyətdə olacaq: “Hazırda bu ölkənin iki həftə əvvəllə müqayisədə daha çox fiksasiya olunmuş qanadlı qırıcı təyyarəsi var. Bu da təsadüfi deyil. Belə təyyarələrlə iş təcrübəsinə malik digər ölkələr hərəkətsiz təyyarələri qaldırıb-endirməkdə Ukraynaya kömək edə biliblər”.

Lakin Pentaqonun spikeri söhbətin hansı ölkələr və təyyarələrdən getdiyini dəqiqləşdirməyib. O, oxşar sxemlə digər ölkələrin Kiyevə tank yardımı etdiklərini də diqqətə çatdırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər