13 C
Baku
Friday, April 19, 2024

Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Almaniyada Qərb ölkələrinin Kiyevə hərbi yardımı koordinasiya etmək üçün yaratdığı qrupun iclasında Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

Bu barədə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.

Həftəlik “Defense News” qəzetinin ev sahibliyi etdiyi illik konfransda ondan, ABŞ-ın yeni hərbi yardım paketini elan edib-etməyəcəyi soruşuldu.

“Bəli, düşünürəm ki, nazir bunu elan edəcək”,- deyə Kol cavab verib.

O, əlavə edib ki, yardım xüsusilə, HIMARS reaktiv buraxılış sistemləri üçün əlavə sursatlardan ibarət olacaq.

Nazir müavininin sözlərinə görə, ukraynalıların bu sursatlara həqiqətən ehtiyacı var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər