6 C
Baku
Sunday, December 15, 2024

Peruda uçot faiz dərəcəsi son 20 ilin maksimumuna çatıb

Peru Mərkəzi Bankı uçot faiz dərəcəsini 25 bənd artıraraq 7%-ə çatdırıb. Qeyd edək ki, Bloomberg-in sorğusunda iştirak edən iqtisadçı ekspertlər də məhz belə proqnoz vermişdilər.

Son faiz artımı ilə ölkədə uçot faiz dərəcəsi son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda, son artımla sərtləşdirmə siyasəti 15-ci ayı çatdı. Bu sərtləşdirmə siyasəti ilə Peru dünyada ən uzun sərtləşdirməyə imza atan ölkələrdən biri oldu.

Banker.az xəbər verir ki, Peru Mərkəzi Bankının qərar mətnində bankın inflyasiya dinamikasına həssas olduğu mesajı verilib və inflyasiyanın hədəf diapazonuna gətirilməsi üçün lazım olan hər bir addımın atılacağı qeyd edilib.

Ötən ay ölkədə Peru Mərkəzi Bankının ölkədə inflyasiyanı 2% hədəflədiyi halda, 8.5%-ə çatmışdı.

 

Son xəbərlər
Digər xəbərlər