28 C
Baku
Saturday, July 27, 2024

Peskov: “Hazırda Rusiyada səfərbərlikdən söhbət getmir”

Hazırda Rusiyada səfərbərlikdən söhbət getmir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiyada tam səfərbərlik elan edilməsi variantı barədə sualına cavabında bildirib.

Peskov Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı Rusiya Müdafiə Nazirliyinin ünvanına tənqidlərə də münasibət bildirib.

“İnsanlar həqiqətən də dövlət başçısının qəbul etdiyi qərarlar ətrafında cəmləşirlər. O ki qaldı digər nöqteyi-nəzərə, tənqidi mövqeli bəyanatlara, nə qədər ki, bu mövcud qanunvericilik çərçivəsində qalır, o zaman bu, plüralizmdir. Ancaq bunlar arasında xətt çox nazikdir. Burada çox, çox diqqətli olmaq lazımdır”, deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər