25 C
Baku
Saturday, April 20, 2024

Peskov: Moskva “heç bir qiymət tavanını tanımayacaq”

Avropa İttifaqının Rusiya neftinin tədarükünə embarqo qoyması və qiymət limitinin tətbiqinə hazırlaşmasına baxmayaraq, Moskva “heç bir qiymət tavanını tanımayacaq”.

Bunu jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Qərar hazırlanır. Biz heç bir qiymət tavanını qəbul etməyəcəyik”, – deyə Dmitri Peskov Aİ-nin qərarına Moskvanın reaksiyası ilə bağlı suala cavab verərkən bildirib.

Bu qərarın heç nəyi dəyişməyəcəyi barədə ABŞ-ın bəyanatlarına münasibət bildirən Kreml nümayəndəsi hər şeyin dəyişəcəyini və bunun dünya enerji bazarlarında sabitliyin pozulmasına gətirib çıxaracağını vurğulayıb.

Rusiya neftinin Avropa İttifaqına dəniz yolu ilə tədarükünə qoyulan embarqo dekabrın 5-də qüvvəyə minir. Aİ ölkələri dekabrın 2-də dəniz yolu ilə tədarük olunan Rusiya neftinin barreli üçün 60 dollarlıq qiymət limiti barədə də razılığa gəlib. Analoji qərar G7 ölkələri və Avstraliya tərəfindən də qəbul edilib.

MənbəAzertac
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər