Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya nefti zərərlə satmayacaq, Banker.az bu barədə “Rt.ru”ya istinadən xəbər verir.
“Rusiya zərərlə heç nə satmayacaq. İstənilən halda ən əlverişli şərtlər axtaracağıq”, – deyə mesajda bildirilir.
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden bildirmişdi ki, Qərb ölkələri Rusiya neftini idxal etməkdən imtina etmək əvəzinə onu bazar qiymətlərindən aşağı qiymətə almaq variantını müzakirə edir.