27 C
Baku
Wednesday, April 24, 2024

Peskov: “Xeyriyyəçiliklə məşğul olmaq, Avropaya pulsuz qaz tədarük etmək niyyətində deyilik”

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi, martın 28-də bildirib ki, Rusiya qazı Avropa ölkələrinə pulsuz tədarük etməyəcək, Aİ Rusiya qazının pulunu rublla ödəməkdən imtina edərsə, Moskva sonrakı tədarüklə bağlı yekun qərarı verəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Onlar bu fürsəti rədd etsələr, nə baş verəcəyini bilmirəm. Yekun qərardan xəbər tutan kimi nəyin edilə biləcəyini araşdıracağıq. Lakin biz qətiyyən xeyriyyəçiliklə məşğul olmaq, Qərbi Avropaya pulsuz qaz göndərmək niyyətində deyilik”, – deyə Peskov söyləyib.

Peskov vurğulayıb ki, Kreml Aİ-nin Rusiya qazının alınmasını mərhələli şəkildə dayandırması ideyasının təşəbbüskarı deyil.

Martın 29-u Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib ki, Yaponiya hökuməti Rusiya tərəfinin müvafiq tələbləri olacağı təqdirdə ölkə şirkətlərindən Rusiyadan qazın pulunu rublla ödəməyə razı olmamağı xahiş edəcək.

Bir gün əvvəl mətbuat konfransı zamanı nazir, Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek də öz növbəsində G7 ölkələrinin Rusiyanın qazın rublla ödənilməsi tələbindən imtina etdiyini açıqlamışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər