28 C
Baku
Saturday, July 27, 2024

Peyvənd xəbəri neftin qiymətini bahalaşdırır – artıq 43 $/bareli test etdi

“Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanan COVİD-19 epidemiyasına qarşı peyvəndin böyük ölçüdə işə yaradığını elan etməsiylə neftin qiymətində bahalaşma başlayıb.

2021-ci ilin yanvar fyçerslərində Brent markalı xam neftin bir barelinin qiyməti 43 dollara çatıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 16:50 radələrində Brentin bir bareli 42.93 dollar olub. Bu 0.53 dollar, yəni, 1.25% bahalaşma deməkdir.

Son bir saatda isə 43.28 dollara qədər yüksəlib.

COVİD-19-a qarşı təsirli peyvəndin hazırlandığı xəbərləri fonunda COVID-19 yoluxma hallarındakı artım neft qiymətlərində yenidən volatillik yaradıb.

COVİD-19 peyvəndi təsirli olsa belə, təsdiqlənməsi və istifadəyə verilməsi bir az vaxt aparacaq, bunu bazar mütəxəsisləri bildirir. Bu, karantin tədbirlərinin və artan yoluxma hallarının qısamüddətli bazar gözləntiləri üzərində təzyiq yaratmasına səbəb olacaq.

MÜSBƏT MƏQAM

“JPMorgan” qlobal neft tələbatının 2021-ci ilin sonuna qədər virusdan əvvəlki səviyyələrə qayıtmayacağını proqnozlaşdırır.

Neft bazarları, həmçinin Liviyada hasilatın artması ilə də mübarizə aparır.

Hazırda “Brent” markalı neftin bir barrelinin qiyməti Londonun ICE birjasında 42,98 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 40,74 dollara satılır.

Son xəbərlər
Digər xəbərlər