9 C
Baku
Friday, December 13, 2024

Peyvəndlər neftin qiymətini 60 dollara yüksəldə bilər

Mart ayından bəri ilk dəfə olaraq “Brent” markalı neftin bir barelinin qiymətinin 50 ABŞ dollarından yuxarı qalxmasının əsas hərəkətverici qüvvəsi COVID-19-a qarşı peyvəndlərin tətbiqi oldu. Gələn il qiymətlərin 60 dollar səviyyəsinə çatacağı istisna edilmir.

Bu barədə “İzvestiya”ya sahə ekspertləri bildirib.

ABŞ-ın Qida və Dərman İdarəsinin (FDA) Peyvəndlər və Əlaqəli Bioloji Məsləhət Komitəsi FDA-ya ABŞ-da “Pfizer” və “BioNTech”in COVID-19-a qarşı peyvəndlərinin təcili istifadəsini təsdiqləmyi tövsiyə edib.

Bazarların buna reaksiyası özünü çox gözlətmədi. Belə ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 4,42% artaraq 51,02 dollara, WTI-nin yanvar fyuçerslərinin qiməti isə 4,7% artaraq 47,66 dollara yüksəldi.

“Raiffeisenbank”ın analitiki Andrey Polişuk 2021-ci ildə neftin qiymətinin 60 dollar olacağını düşünür. Çox güman ki, bu, gələn ilin ikinci yarısındapeyvəndlərin istifadəsindən ilk təsirin meydana çıxdığı zaman baş verəcək.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər