-1 C
Baku
Sunday, December 15, 2024

“Pfizer” Hindistana 70 mln. dollarlıq tibbi yardım göstərəcək

Amerikanın “Pfizer” əczaçılıq şirkəti Hindistana 70 milyon dollarlıq dərman tədarük edəcək. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Albert Burla “Twitter”dəki yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, Hindistan xalqı “COVID-19 pandemiyasının ən ağır nəticələrindən birinə çevrilmiş humanitar böhranla” üz-üzədir.

“Bununla əlaqədar olaraq “Pfizer” tarixindəki ən böyük humanitar kampaniyaya başlayırıq”, – deyə Burla qeyd edib. Şirkət Hindistan hökumətinə koronavirus xəstələrinin müalicəsi üçün lazım olan 70 milyon dollar dəyərində dərman tədarük edəcək.

Şirkət rəhbərliyinin qiymətləndirmələrinə görə, bu tədarük həcmi ən azı 90 günə kifayət edəcək. Xatırladaq ki, 1 may tarixində Hindistana “Sputnik V” peyvəndinin ilk partiyası gətirilib. 28 apreldə Hindistanda daha 850 milyon doza peyvənd istehsalı üzrə razılığa gəlinib.

2 may tarixində Hindistanda bir gündə 392 488 nəfər koronavirusa yoluxub, onlardan 3 689 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər