6 C
Baku
Sunday, December 15, 2024

“Philip Morris”in rəhbəri siqaret istehsalını qadağan etməyi təklif edib

Dünyanın ən böyük tütün məhsulları istehsalçılarından biri olan “Philip Morris International”ın baş icraçı direktoru Yatsek Olçak siqaretə qadağa tətbiq etməyi və qərarın qüvvəyə minəcəyi tarixi müəyyənləşdirməyi təklif edib. O, bu barədə “Daily Mirror” qəzetinə müsahibəsində bildirib.

Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

“Hökumətlər ənənəvi siqaretlərin qadağan edilməsi üçün son tarix təyin etsələr və tütün şirkətlərinə daha az zərər verən alternativlər tapmaqda dəstək olsalar, səhiyyə xərclərini azalda bilərlər”, – deyə Yatsek Olçak söyləyib.

Onun sözlərinə görə, siqaretə alternativlər təklif edilməlidir, məsələn, veyp və ya tütün isitmə sistemləri. Nümunə kimi Olçak 2030-cu ilə qədər daxili yanma mühərrikli yeni avtomobillərin satışının dayandırılması qərarını göstərib.

Dəqiqləşdirilir ki, 2016-cı ildən başlayaraq “Philip Morris” dünyanın ən böyük tütün şirkətindən tədqiqat mərkəzinə çevrilməyə çalışır. Şirkət bu məqsədlər üçün artıq 8.5 milyard funt-sterlinq (10.58 milyard dollar) xərcləyib.

Son xəbərlər
Digər xəbərlər