17 C
Baku
Saturday, May 18, 2024

“Philips” işçilərinin 5%-ni ixtisar edəcək

Hollandiyanın “Philips” şirkəti işçilərinin 5%-ni (təxminən 4 min nəfər) ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu yaxınlarda baş direktor vəzifəsini yerinə yetirən Roy Yakobs şirkətin rüblük mənfəətinin açıqlanmasından sonra bu qərarı verib. Vurğulanır ki, şirkətin satışları təxminən 5% azalıb və istehsalçı rübü 1.3 milyard avro zərərlə başa vurub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Philips”in problemləri hələ keçən il başlayıb, həmin dövrdə şirkət müəyyən edilmiş potensial sağlamlıq riskləri səbəbindən 4 milyon süni nəfəs aparatını geri çağırmalı olub. Şirkətin biznesinə həmçinin Çindəki lokdaunlar və Ukraynadakı müharibə təsir göstərib. İl ərzində “Philips”in səhmləri 72.5% ucuzlaşıb.

“Ardıcıl beş rüb satışlarımız azalıb, mənfəətimiz düşün və indi zərərimiz var”, – deyə cənab Yakobs söyləyib. O, oktyabrın ortalarında baş direktor vəzifəsini icra etməyə başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər