6 C
Baku
Sunday, December 15, 2024

PIMCO: İlin sonunadək FED uçot dərəcəsini artırmayacaq

ABŞ-ın PIMCO (Pacific Investment Management Company) investisiya şirkəti hesab edir ki, bu ilin sonunadək Federal Ehtiyat Sistem (Federal Reserve System, FED) uçot dərəcəsini artırmayacaq. Bunu “Bloomberg” agentliyinə açıqlamasında PIMCO-nun iqtisadçısı Yoahim Fels (Joachim Fels) bildirib.

Onun sözlərinə görə, ilin sonunadək ABŞ-da inflyasiya hədəflənən 2% səviyyəsinə çatmayacaq: “İnflyasiya ilin əvvəlindən hədəflənən səviyyədən aşağı olub. Hesab edirik ki, ilin sonunadək inflyasiya 2%-dən aşağı olacaq. Bu amil 2017-ci ildə 3 dəfə uçot dərəcəsini artırmaq istəyən FED-i fikrindən daşındıracaq. Başqa sözlə, FED bundan sonra ilin sonunadək uçot dərəcəsini artırmayacaq”.

Xatırladaq ki, FED iyun ayında uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%-dək artırıb. Bu, cari il ərzində ikinci faiz artımı idi. Belə ki, martın 15-də tənzimləyici uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər