10 C
Baku
Friday, December 13, 2024

“Pleo” fintex-startapı $1.7 mlrd. qiymətləndirmə ilə $150 mln. cəlb edib

Danimarkanın “Pleo” fintex-startapı 1.7 milyard dollar qiymətləndirmə ilə 150 milyon dollar investisiya cəlb edərək “təkbuynuzlu”ya çevrilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“CNBC”nin vurğuladığı kimi, 2019-cu ilin mayında layihə daha 56 milyon dollar cəlb edib. Cari raundun investorları “Bain Capital Ventures” və “Thrive Capital” olub.

“Pleo” sahibkarlara maliyyə axınlarını izləməyə kömək edir və biznes üçün bir sıra digər imkanlar yaradır. Şirkətin təkcə Avropada təxminən 17 min müştərisi var. Hal-hazırda “Pleo”da 330-dan çox insan çalışır, startap cəlb etdiyi investisiyaları heyətini artırmaq üçün istifadə etməyi planlaşdırır.

“Pleo”nun ofisləri Kopenhagen, Madrid, London, Stokholm və Berlin şəhərlərində yerləşir. Vəsaitlərin həmçinin marketinq, mövcud bazarlarda gücləndirmə və yeni ölkələrə giriş üçün istifadə ediləcəyi gözlənilir.

“CNBC” əlavə olaraq qeyd edir ki, pandemiya Avropada fintex-startapların inkişafına təkan verib. Təkcə son bir neçə ayda “Klarna” (45 milyard dollar), “Checkout.com” (15 milyard dollar və “Mollie” (6.5 milyard dollar) böyük investisiyalar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər