20 C
Baku
Wednesday, May 29, 2024

“Pokemon” ovuna çıxan şəxs 135 avro cərimələndi

Fransanın şimal-qərbindəki Pluinyo kommunasında xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, bayırda “Pokemon Go” oynayan 35 yaşlı kişi cərimələnib.

“Euronews” xəbər verir ki, cərimənin məbləği 135 avro (255 AZN) olub.

Qeyd edək ki, Fransada xüsusi karantin rejimi martın 17-dən başlayaraq tətbiq edilir.

Xatırladaq ki, Fransada koronavirus daşıyıcılarının sayı 40 000-ə yaxındır. Ölənlərin sayı isə 2 300-ü ötüb.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər