15 C
Baku
Tuesday, September 27, 2022

Polietilen əvəzinə eko çanta: “Kontakt” təbiət dostu eko çantaların satışına başladı

®Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da polietilen paketlərin istifadəsini azaltmağa və təbiəti tullantılardan qorumaq üçün ekoloji cəhətdən təbii çantaların istifadəsinə üstünlük verməyə başlanılıb.

Ölkənin ən öndə gələn pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” daim sosial məsuliyyətini dərk edərək ekoloji istiqamətdə düşünülmüş addımlar atmağa davam edir. Məhz bu məqsədlə şəbəkə 100% pambıq tərkibli və ekoloji zərərsiz boyalardan istehsal olunan eko çantaların satışına başlayıb. 

Foto

Üzərində kreativ yazılar əks olunan bu eko çantalar dəbli, praktik və rahat olmaqla yanaşı, çoxyönlü istifadə üçün də unikaldır. 

Bu çantaları harada istifadə etmək olar?

  • Eko çantalar ilə ərzaq məhsullarını və istənilən digər növ məhsulları təhlükəsiz şəkildə daşıya, alış-verişinizi rahat şəkildə tamamlaya bilərsiniz;
  • Yaz aylarının başlaması birlikdə açıq havada piknik çox populyarlaşır. Piknikə gedərkən sizə lazım olacaq qida, su qabı və bir çox əşyaların daşınmasında da məhz bu çantalar əlinizdən tutacaq;
  • İdmanla məşğul olmağı sevirsinizsə, bu çantalara məşq geyimlərinizi asanlıqla yerləşdirə bilərsiniz;  
  • Eyni zamanda dəniz kənarında istirahətə yollanarkən də eko çantalara könül rahatlığı ilə etibar edə bilərsiniz. 

Eko çantaları haradan əldən etmək olar?

Sizə yaxın istənilən “Kontakt Home”, “Kontakt Mebel” və “Kontakt Smart” mağazalarına yaxınlaşıb, sadəcə 14 manat, 99 qəpik ödəməklə dəbli eko çantaya sahib ola, həmçinin təbiətin mühafizəsində bilavasitə qatqınızı göstərə bilərsiniz. Çünki “Kontakt” bu çantaların satışından əldə etdiyi gəlirləri təbiətin mühafizəsi layihələrinə sərf edəcək. 

“Kontakt” hər kəsi təbiəti tullantılardan qorumağa dəvət edir. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. 

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az  onlayn mağazası fəaliyyət göstərməkdədir.

Son xəbərlər
Oxşar xəbərlər