8 C
Baku
Friday, March 29, 2024

Polipropilen ixracı iyulda birinci yeri tutub

2021-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (133,8 milyon ABŞ dolları)  birinci olub. Bu siyahıda pomidor (tomat) (128,2 milyon ABŞ dolları) ikinci, qızıl (116,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana  94 milyon və ABŞ-a  33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln ABŞ dolları olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (49,9 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,9 milyon ABŞ dolları) olub.
2021-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen (15 milyon ABŞ dolları) birinci, azot gübrələr (12,7 milyon ABŞ dolları) ikinci və şaftalı  (12,2 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər