Buenos-Ayresdə polis korrupsiyada ittiham olunan Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerin evində axtarış aparıb.
Bununla bağlı “Telesur” telekanalı məlumat yayıb.
Axtarışlar 13 saat davam edib. Yerli vaxtla 12:05-də evə daxil olan polis gecə 01:00-da oranı tərk edib.
Məlumata görə, polislər rüşvət qismində əldə olunan pulları axtarıblar. Fernandes və onun həyat yoldaşı Nestor Kirşnerə qarşı korrupsiya ittihamı sabiq məmur Klaudio Ubertinin ifadəsindən sonra irəli sürülüb.
Xatırladaq ki, bir müddət öncə Fernandesin Rio-Qaleqos şəhərindəki evində axtarışlar aparılmışdı.
oxu.az