Politico: ABŞ sanksiyaları fonunda Aİ şirkətləri Kubadakı fəaliyyətlərini azaldırlar

ABŞ-nin yeni sanksiyalarının qüvvəyə minməsindən sonra bəzi Avropa şirkətləri Kubadakı fəaliyyətlərini azaltmağa başlayıblar. Bu barədə Politico nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İspaniyanın Iberostar və Meliá Hotels International hotellər şəbəkələri adadakı bir sıra obyektlərin idarə edilməsindən imtina edib. Fransanın CMA CGM və Almaniyanın Hapag-Lloyd şirkətləri isə Kuba limanlarına və limanlarından daşımaları dayandırıblar.

Politico qeyd edir ki, yeni məhdudiyyətlər Kubanın dövlət konqlomeratı olan Grupo de Administracion Empresarial S.A. (GAESA) ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

ABŞ-də aktivlərin dondurulması və Amerika maliyyə sisteminə çıxışın məhdudlaşdırılması riskləri səbəbindən Avropa şirkətləri Kubadakı fəaliyyətlərini və iştiraklarını azaltmağa üstünlük verirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər