26 C
Baku
Saturday, July 27, 2024

Polşa prezidenti Gürcüstana səfər edəcək

Sabah Polşa prezidenti Andjey Duda xanımı Aqata Kornhauser-Duda ilə birgə Gürcüstana ikigünlük səfər edəcək.

O, Tbilisidə Gürcüstanın Müstəqillik gününə həsr olunan mərasimdə iştirak edəcək.

A.Duda tədbirdə çıxış edəcək, Gürcüstanın milli bayramına həsr olunan qala konsertə qatılacaq.

Mayın 27-də Polşanın dövlət başçısı gürcü həmkarı Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava ilə görüşlər keçirəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər