Rəsmi Varşava Kalininqrad vilayətində Polşa-Rusiya sərhədində təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
Baş nazir əlavə edib ki, Rusiya ilə bütün sərhəd zolağı boyunca müvafiq fiziki və elektron təhlükəsizlik tədbirləri qurulacaq:
“Biz Polşanın şimalındakı Kalininqrad vilayəti ilə bütün Polşa-Rusiya sərhədi boyunca təhlükəsizliyi gücləndiririk. Biz bu təhlükəsizliyi təmin edirik və onu Polşa-Belarus sərhədində olduğu kimi təmin edəcəyik”.
Xatırladaq ki, Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, Polşa öz hava hücumundan müdafiə sisteminin yaradılmasında Ukraynanın təcrübəsindən istifadə edir.