17 C
Baku
Saturday, May 18, 2024

Polşada həbs edilən sabiq icra başçısının Azərbaycana ekstradisiya edilməsi ilə bağlı müraciət edilib

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılmışdır. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər