15 C
Baku
Monday, April 22, 2024

“Porsche” $75.2 mlrd. qiymətləndirmə ilə birjaya çıxıb

Almaniyanın “Volkswagen” avtomobil konserni sentyabrın 29-da Frankfurt birjasında “Porsche” səhmlərinin dəyərini müəyyən edib. “WSJ”nin məlumatına görə, şirkət hər biri 82.5 avro olan təxminən 114 milyon “Porsche” imtiyazlı səhmini yerləşdirib.

Yerləşdirmə nəticəsində “Porsche” 75.2 milyard avro dəyərində qiymət alacaq ki, bu da şirkətin sentyabrın ortalarından bəri ən yüksək proqnozudur, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

IPO nəticəsində şirkət kapitallaşma baxımından indi dünyanın ən böyük beş avtomobil istehsalçısı arasında yer alır. Ümumilikdə “Porsche” 911 milyon səhm yerləşəcək: 455.5 milyon imtiyazlı və 455.5 milyon adi.

Qeyd edək ki, IPO-ya çıxmaq planlarını hələ 2022-ci ilin fevralında açıqlamışdı.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər