17 C
Baku
Monday, April 29, 2024

Portuqaliyanın dondurduğu $1.5 milyard Venesuelaya qaytarılacaq

Portuqaliya məhkəməsi 2019-cu ildən bəri Novo Bankın əlində olan 1.5 milyard dollarlıq Venesuela aktivlərini sərbəst buraxılması və bu müddət ərzində gecikmə üçün yaranmış faizlərin ödənilməsi barədə qərar qəbul edib.

Bu barədə Lissabon məhkəməsinin qərarının surətini dərc edən Venesuelanın “El Universal” qəzetinin saytında bildirilir.

Qeyd edilib ki, Venesuela Prezidenti Nikolas Maduro 2019-cu ildə “Portuqaliya hökumətindən Novo Bank tərəfindən dərman və ərzaq alışı üçün nəzərdə tutulan və Venesuelaya tətbiq edilən sanksiyalar bəhanəsi ilə dondurulan 1.7 milyard dollardan çox vəsaitin mənimsənilməsi barədə danışmasını tələb edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər