19 C
Baku
Monday, May 27, 2024

POS terminallar 90%-dən çox ehtimalla üzü tanıyacaq (Yeni texnologiya)

Çinin elmlər akademiyasının tədqiqatçıları yeni üz tanınma sistemi yaratmışlar və bu sistem vasitəsilə ən sıx kütlə işərisində belə lazımı insanı 99,8% dəqiqliklə ayırd etmək mümkün olacaq. Sistem insanı 91 müxtəlif rakursdan tanıya bilir. Bundan əvvəlki üz tanınma sistemi 97,6% dəqiqlik səviyyəsində idi və amerikalılar tərəfindən yaradılmışdı. 

Testlər nəticəsində belə məlum olur ki, sistem ən oxşar ekizlər arasındakı fərqləri, qrimlənmiş simaları və paltara bürünmüş insanı belə ayırd etmək iqtidarındadır. Sözügedən bu texnologiya nəinki dəqiqliklə, həmçinin sürətlə işləyir. Bu da polislərə kütlə arasında cinayətkarı asanlıqla və tez bir zamanda aşkar etməyə kömək edəcək.

Çin texnologiyası planşetlərdə tətbiqetmə formasında yeni ödəniş sistemi qismində peyda olacaq və xüsusi POS-terminallarda üz tanınması üçün istifadə ediləcək. Bu haqda daha ətraflı məlumat isə hələ ki bildirilmir.

Abonentlərin şəxsiyyətini avtomatik olaraq müəyyənləşdirmək üçün video təsvirlərdən istifadə ediləcək. Ümumilikdə isə ödənişi həyata keçirmək üçün cəmi 6 saniyə tələb olunacaq.
İlkin məlumatlara görə, sistem artıq 2015-ci ildə peyda olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər