Karantin rejimi qaydalarının sərtləşdirildiyi doqquz şəhər və rayona kənar regionlardan gələnlər və xüsusi icazəsi olmayan şəxslər buraxılmır. Məcbur qalan vətəndaş da çıxış yolunu qaydaları pozaraq, müxtəlif yollarla istədiyi ünvana getməkdə görür. Eyni zamanda, yay tətili və məzuniyyət günlərində bu giley daha çox artıb.
Təklif olunur ki, həmin postlarda stasionar tibbi məntəqələr yaradılsın, digər rayon, şəhər sakinləri bu postlarda yoxlandıqdan sonra şəhərə və rayonlara buraxılsın.
Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb.