6 C
Baku
Sunday, December 15, 2024

PR Taktikalarının Səmərəli İstifadəsi: Ticarət brendini dəstəkləmək üçün 5 tövsiyə

Mənbə: Harvard Business Review , Brian Dowson.

 Mən fikirləşirəm ki, şirkətlərin İctimai Əlaqələrdə yol verdiyi ən böyük səhvlərdən biri, onların ümumiyyətlə bu istiqamətdə heç bir iş görməməyi, daha sonra medianın niyə ona (böhran olduğu təqdirdə və ya onların diri-diri yeyildiyi bir vaxtda) diqqət yetirməməyindən şikayətlənməsi ilə bağlıdır. 

İstənilən halda, öz şirkətiniz haqqında etibarlı və nüfuzlu bir brend təsəvvürü yaratmaq istəyirsinizsə, sınanmış PR taktikalarından istifadə etmək seçimi məhz sizin öz əlinizdədir. Burada yeni PR səylərinə başlayan və artıq mövcud proqramları inkişaf etdirmək istəyənlər üçün 5 tövsiyə verilmişdir:

İşıqlandırılmağa layiq olan fərqləndirici cəhətləriniz üzərində  fokuslaşın

Qırmağa keçirdilmiş qurdların balıqları cəlb etdiyi kimi, xəbər də özündə elə əhəmiyyətli informasiya daşımalıdır ki, o həm redaktorlar, həm də müxbirlər tərəfindən maraqla qarşılansın. Bu özündən uydurulmuş, ya sizin maraqlarınıza xidmət edən bir şey olmalı deyil. Siz xəbər sferasında o zaman daha çox uğur qazanarsınız ki, verəcəyiniz elanlar həqiqətən etibarlı və mötəbər mənbələrdən olsun, sadəcə gündəmdə qalmaq xətrinə reklamdan və sizə maraqlı olan informasiyanı yaymaqdan ibarət olmasın.

İctimai Əlaqələr sferasında bu günün tələblərinə cavab verən ən müasir vasitələrdən yararlanın

Dostsayağı müxbir olmaq üçün əsas alətlər bunlardır: yaxşı yazılmış xəbər buraxılışları, media/mətbuat topluları (həm online və həm sənədlərin surətləri), vacib məlumatlar, Q&A (Question & Answer) sual-cavab sorğuları, qapalı mətbuat konfransları, tarixi sənədlər, aparıcı işçilərdə artımla bağlı məlumat bazası, xülasə çıxarışları, əlaqəli qrafik təsvirlər, fotoşəkillər (canlandırmaq və çap etmək üçün geniş imkanları olan) texniki sənədlər, sosioloji tədqiqatlar  və s. Siz  bu işdə maraqlı olan müxbiri nə qədər çox informasiya ilə təchiz etsəniz, bir o qədər də geniş çevrəyə daxil olmaq imkanınız olacaqdır.

E-mail kompaniyaları ilə daha səriştəli, mükəmməl fəaliyyət qurun

Elektron poçtlar özlüyündə kütləvi informasiya vasitələrinə yetmək üçün ən gözəl kommunikasiya formasıdır (gözlənilməz telefon zənglərindən, mətn ismarıclarından və ya jurnalistlərin istifadə etdiyi rəqəmsal yazılardan fərqli olaraq). Bəs siz elektron poçt ünvanlarını haradan əldə edirsiniz? Çalışın işlədiyiniz müddətdə daim öz dəftərçənizə KİV-lərin elektron adresslərin daxil edin və zaman keçdikcə sizdə qiymətsiz məlumat bazası olacaq.

Öz təcrübənizi məqalələr vasitəsilə paylaşın

Siz indi oxuduğunuz məqalə kimi öz ixtisas və ya təcrübə sahənizə dair müəyyən ölçülü məqalələr (adətən redaktorun dəvəti ilə) yazırsınız. Sizin şanslarınız 250 simvol ilə 2000 söz cuvarında dəyişə bilər. Mətnin sonundakı balaca abzas əsasən müəllif hüquqları barədə və ya ümumiyyətlə təşkilatın adı, üzv olma haqqında qısa məlumat verir, oxucunu veb sayt kontaktları ilə bağlı informasiya ilə təmin edir.

Diqqət cəlb etmək üçün qələbə qazanın

Sənaye qrupları və cəmiyyətlər tərəfindən təltif edilmiş mükafatlar və ya yazılı sənədlər  redaktor və müxbirlərin diqqətini çəkmək üçün ən yaxşı qanuni vasitələrdən biridir. Son nəticədə onlar mediada böyük əks-səda doğurur, həmçinin tənqidlə qarşılanır. Mükafatın verilmə səbəbi informasiyanın resipiyentində xüsusi maraq doğurduğundan, o bunu daha ətraflı araşdırmaqla əlavə informasiya əldə edir və beləliklə təsvir tamamlanır. Əksər hallarda ildə bir və ya bir neçə sənaye mükafatının alınması sizin şirkət və ya müəssisə haqqında etibarlılıq imici yaradır ki, bunun daima qorunmağa və daha da yüksəltməyə ehtiyac yaranır.

Son xəbərlər
Digər xəbərlər