10 C
Baku
Wednesday, December 11, 2024

“Premium Bank” nizamnamə kapitalını 50 milyon manata yaxın artırır

“Premium Bank” ASC nizamnamə kapitalını 49 999 950 manat və yaxud 47,8% artırmağı planlaşdırır.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 154 manat olan 324 675 ədəd yeni səhm buraxılacaq. 

Səhmlər qapalı üsulla yerləşdiriləcək. Son nəticədə Bankın nizamnamə kapitalı 104 601 420 manatdan 154 601 370 manata yüksələcək.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Hazırda Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i “VIP Aviation Services” MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər