28 C
Baku
Friday, June 14, 2024

“Premium Bank”ın gəlirləri azalıb, əməliyyat mənfəəti geriləyib

“Premium Bank” 2020-ci ilin yanvar-sentyabr aylarını 7 milyon 650 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 11 milyon 82 min manat olub. Belə ki, bu il “Premium Bank”ın xalis mənfəəti 3 milyon 432 min manat və yaxud 31% azalıb.

Banker.az bu barədə bankın 3-cü rüb üzrə maliyyə hesabatına istinadən xəbər verir.

BANKIN ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN AZALIB

Bu ilin 9 ayında “Premium Bank”ın cəmi gəlirləri 37 milyon 428 min manat, cəmi xərcləri isə 33 milyon 801 min manat olub. Gəlirlər xərcləri üstələdiyindən bankın 3 milyon 627 min manatlıq əməliyyat mənfəəti yaranıb. Ötən ilin müvafiq dövründə isə “Premium Bank”ın cəmi gəlirləri 45 milyon 517 min manat, cəmi xərcləri isə 32 milyon 934 min manat təşkil edib ki, bu da 12 milyon 583 min manat əməliyyat mənfəətinin yaranması deməkdir. Belə ki, bankın əməliyyat mənfəəti 2020-ci ildə 4 dəfəyə yaxın azalıb.

FAİZ GƏLİRLƏRİ AZALIB, FAİZ XƏRCLƏRİ ÇOXALIB

30 sentyabr 2020-ci il tarixinə “Premium Bank”ın faiz gəlirləri 26 milyon 268 min manat (illik müqayisədə 12% az), qeyri-faiz gəlirləri 11 milyon 160 min manat (30% az), faiz xərcləri 14 milyon 580 min manat (63% çox), qeyri-faiz xərcləri isə 19 milyon 221 min manat (20% az) təşkil edib.

MÜŞTƏRİLƏRƏ VERDİYİ İSTEHLAK VƏ BİZNES KREDİTLƏRİ AZALIB

2020-ci ilin yanvar-sentyabr aylarında “Premium Bank”ın cəmi aktivləri 670 milyon 342 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 4.3% artım deməkdir. Bunun 573 milyon 415 min manatı müştərilərə verilmiş kreditlərdir. Ötən ilin sonunda isə bankın kredit portfeli 567 milyon 573 min manat olub. Belə ki, bankın kredit portfeli 1% artıb. Müştərilərə verilmiş kreditlərdən istehlak kreditləri 2019-cu ilin sonu ilə müqayisədə 748 min manat azalaraq 1 milyon 918 min manat, biznes kreditləri 9 milyon 251 min manat azalaraq 544 milyon 658 min manat, daşınmaz əmlak kreditləri isə 15 milyon 842 min manat artaraq 26 milyon  839 min manat olub.

MÜŞTƏRİLƏR DEPOZİTLƏRİNİ GERİ ÇƏKİB

9 ay ərzində “Premium Bank”ın öhdəlikləri ötən ilin sonuna nisbətən 6% azalaraq 485 milyon 288 min manata düşüb. Bankın depozit portfeli isə 431 milyon 188 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 8.4% azalıb. İl sonunda “Premium Bank”ın depozit portfeli 470 milyon 845 min manat olub. 30 sentyabr 2020-ci il tarixinə bankda fiziki şəxslərin depozitləri 323 milyon 68 min manat (13% azalma), hüquqi şəxslərin depozitləri isə 108 milyon 120 min manat (7% artım) təşkil edib.

2020-ci ilin yanvar-sentyabr aylarında “Premium Bank” 185 milyon 54 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 127 milyon 967 min manat kapitala malik idi. Beləliklə, “Premium Bank”ın kapitalı 45% artıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

 

dgqf

 

akt

ohd

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər