9 C
Baku
Thursday, December 12, 2024

“Premium Bank”ın gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən “Premium Bank” ASC-nin faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə önəmli, 19,14% azalma müşahidə edilib.

Banker.az bunu bankın 2020-ci ilin yanvar-mart ayları üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Kommersiya bankının ilin ilk rübündə (R1) bankın faiz gəlirləri 8,85 mln. manat təşkil edib. Bu ötən ilin eyni dövründə 10,95 mln. təşkil etmişdi.

“Premium Bank”ın faiz xərcləri 4,30 mln. manat, qeyri-faiz gəlirləri 4,55 mln. manat və qeyri qeyri-faiz xərcləri isə 7,61 mln. manat təşkil edib. Nəticədə bankın əməliyyat mənfəəti 1,50 mln. manat təşkil edib. Bu öncəki illə müqayisədə xeyli azalma olması deməkdir. Lakin, bankın əlavə olaraq 4,56 mln. manat problemli kreditlərin geri dönüşü hesabına öncəki illə müqayisədə xalis mənfəətini iki dəfə artıraraq 6,06 mln. manata çatdırıb.

Bununla da bankın balansında bölüşdürülməmiş mənfəətin həcmi 15,08 mln. manat olub.

image 2
Son xəbərlər
Digər xəbərlər