“Premium Bank”ın ilk yarımildə 9 mln. manat üzərində xalis mənfəət əldə edib

“Premium Bank” ASC 2026-cı ilin ilk yarısını 9,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat və ya 47,8% çoxdur.

Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 12,1% artaraq 20,3 milyon manata yüksəlib. Faiz xərcləri isə cəmi 1,9% artımla 5,9 milyon manat təşkil edib. Nəticədə xalis faiz gəlirləri 16,9% artaraq 14,4 milyon manata çatıb.

Bankın qeyri-faiz gəlirləri də müsbət dinamika nümayiş etdirərək 27,1% artımla 9,7 milyon manata yüksəlib. Bu dövrdə alınan haqq və komissiya gəlirləri 2,3% artaraq 6,5 milyon manata, xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlər isə 22% artaraq 1,6 milyon manata çatıb.

Eyni zamanda, qeyri-faiz xərcləri 6,2% artaraq 14,2 milyon manat, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar isə 303 min manatdan 618 min manata yüksəlib. Buna baxmayaraq, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 47,8% artaraq 9,3 milyon manat olub və hesabat dövrünü eyni məbləğdə xalis mənfəətlə başa vurub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər