16 C
Baku
Thursday, March 28, 2024

“Premium Bank”ın xalis mənfəəti azalıb – Maliyyə vəziyyəti açıqlandı

Faiz gəlirlərinin 90%-i bir sektordan ibarətdir

“Premium Bank” ASC-nin cəmi gəlirləri 2019-cu ilin ilk 6 ayı ərzində cəmi faiz gəlirləri 21,51 mln. manat olub ki, bunun da 19,37 mln. manatı hava nəqliyyatı fəaliyyəti ilə məşğul olanlara verdiyi kreditlərdən gəlirlər təşkil edib. Bu da 90% kredit üzrə faiz gəlirlərinin bu sektordan asılı olması deməkdir – ötən il ilə bu göstəricidə eyni qalıb.

Banker.az xəbər verir ki bu barədə Kommersiya Bankının 2019-cu ilin 2-ci rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

“Premium Bank” bununla belə faiz gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% daha artıb.

Bankın faiz xərcləri 9,34 mln. manat, qeyri-faiz gəlirləri 10,08 mln. manat və qeyri-faiz xərcləri isə 15,16 mln. manat təşkil edib ki, nəticədə bankın əməliyyat mənfəəti 7,09 mln. manata yüksəlib. Bankın əməliyyat mənfəəti 4,91 mln. manat təşkil edirdi.

Lakin bank, ötən ilki mənfəət bu il daha az rəqəmlə tamamlayaıb. Belə ki, ötən il 12 mln. manatdan çox xalis mənfəət əldə etdiyi halda bu il cəmi 7,85 mln. manat xalis mənfəət əldə edib.

Xatırladaq ki, “Premium Bank” ASC (2018-ci ilə qədər Bank Silk Vey) 2000-ci ildə yaradılıb və səhmlərinə 84,47% -i Zərifə Həmzəyeva, 15,22% -i VIP Aviasiya Xidmətləri Şirkəti, 0,31% -i isə Elvira Əhmədovaya məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər