19 C
Baku
Thursday, April 25, 2024

Təyinat. Prezident Administrasiyasından maliyyə “kəşfiyyatına” rəhbər gedib

Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor təyin edilib. 

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə qurumun direktoru Rövşən Nəcəf təyin edilib. Faktı hökumətdən Report agentliyinə təsdiq ediblər.

Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub.

Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə Vergilər Nazirliyinə verilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər