4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Prezident Artur Rəsi-zadəni təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün sabiq, 6-cı Baş nazir olmuş Artur Rasi-zadəni ordenlə təltif edib.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”– deyə sərəncamda deyilir.

Artur Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust – noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasi-zadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, həmçinin “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Son xəbərlər
Oxşar xəbərlər