29 C
Baku
Thursday, May 30, 2024

Prezident Azərbaycanla İraq arasında imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

Prezident İlham Əiyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Sənəd ötən il dekabrın 7-də Bağdad şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər