16 C
Baku
Tuesday, April 30, 2024

Prezident: “Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub”

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

APA-nın məlumatına görə, CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər