Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Banker.az-a məlumat verilib.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.